I Beynəlxalq Tibbi Forum çərçivəsində C salonunda 70-ə yaxın mühazirə dinlənilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində I Beynəlxalq Tibbi Forum çərçivəsində C salonunda dinlənilən mühazirələr Oftalmologiya, Pediatriya, Ümumi cərrahiyyə, Ginekologiya, İnfeksion xəstəliklərlə bağlı olub. Forumun ilk günü “Oftalmologiya” adlı bölmədə moderatorlar professor Paşa Qəlbinur, tibb üzrə fəlsəfə doktorları Yazgül Abdiyeva, Hafiz Qəhrəmanovun rəhbərliyi ilə 8, professor İlyas Okur, dosent Rauf Bəylərov, tibb üzrə fəlsəfə doktorları Allahverdi Musayev, Azər Əhmədovun moderatorluğu altında “Pediatriya” adlı bölmədə 7, daha sonra eyniadlı bölmədə professorlar İlyas Okur, Aytən Məmmədbəyli, dosent Mətləb İbrahimov, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayevin moderatorluğu ilə 8, professorlar Mehmet Akif Türkoğlu, İsa Abdullayev, Məlahət Sultanova, dosent Solmaz İmanovanın moderator olduqları “Cərrahiyyə” bölməsində 12 mühazirə oxunub. “Ginekologiya” adlı bölmədə moderatorlar professor Erkut Attar, dosent Şəymən Qədimova, tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının rəhbərliyi altında 11, daha sonra eyniadlı bölmədə professor İslam Mahalov, dosent İlhamə Mustafayeva, tibb üzrə fəlsəfə doktoru Şəmistan Əliyevin moderatorluğu ilə 10, “İnfeksion xəstəliklər” adlı bölmədə moderatorlar professor Adil Allahverdiyev, dosentlər Rafiq Bayramov, Ceyhun İsmayılzadə, Nuri Bəslən, İsmayıl Əfəndiyevin rəhbərliyi altında 12 çıxış olmaqla, ümumilikdə 70-ə yaxın çıxış dinlənilib.
Məmmədbağır Dünyamalıyev
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı