Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və ya fəlsəfə doktoru imtahanını (ilk 4 blok və ya yalnız dinləmə bloku) yenidən vermək istəyən və iyunun 13-16-da qeydiyyatdan keçən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də imtahan keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahandan bir neçə gün əvvəl DİM-in saytında imtahana buraxılış vərəqəsi yerləşdiriləcək. İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.