Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul üçün iyunun 19-da keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyunun 19-da keçirilən imtahanda 78 nəfər bu ilin, 99 nəfər isə əvvəlki illərin məzunları olmaqla, 177 namizəd ikinci mərhələyə buraxılıb.
İmtahanın 1-ci cəhdində iştirak edərək “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədləri də nəzərə alsaq, ümumilikdə 313 nəfər ikinci mərhələyə buraxılıb.