Rezidenturaya qəbul imtahanının nəticələri ilə əlaqədar Apellyasiya Komissiyası fəaliyyət göstərəcək
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul üçün iyunun 19-da keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya Komissiyasına iyunun 22-24-də müraciət edə bilərlər.