73 şagird SASMO beynəlxalq riyaziyyat olimpiadasının qalibi olub - FOTOLAR

227

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublika məktəbliləri arasında ilk dəfə keçirilən SASMO beynəlxalq riyaziyyat olimpiadasında 73 şagird  qalib olub. 

Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri və onların valideynləri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib. Əldə olunan uğurlu nəticələri muxtar respublikada  təhsilə göstərilən  dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin daha bir nəticəsi kimi dəyərləndirən Rəhman Məmmədov bildirib ki, şagirdlərin biliklərinin inkişaf etdirilməsində fənn olimpiadalarının böyük əhəmiyyəti var.

Qeyd olunub ki, 2021-2022-ci tədris ilində 2 mindən artıq şagird muxtar respublika və respublika fənn olimpiadalarında, fənn müsabiqələrində iştirak edib. Muxtar respublika və respublika fənn olimpiadalarında, həmçinin Lütfi Zadə adına məntiq olimpiadasında 20 şagird qızıl, 35 şagird gümüş, 30 şagird isə bürünc medala layiq görülüb. Fənn müsabiqələrində isə 2 şagird qızıl, 3 şagird gümüş, 5 şagird bürünc medal qazanıb. Cari tədris ilində “Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası”nda və “Amerikan Beynəlxalq Riyaziyyat müsabiqəsi”ndə 3062 məktəbli iştirak edib. Onlardan   29-u qızıl, 52-si gümüş, 80-ni isə bürünc medala layiq görülüb.

Rəhman Məmmədov bildirib ki, şagirdlərin riyaziyyat fənninə marağınının artırılması məqsədilə keçirilən SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün muxtar respublikanın ümumtəhsil məktəblərindən 297 şagird qeydiyyatdan keçib. Onlardan 73-ü olimpiada qalibi olub.

Təhsil naziri SASMO beynəlxalq riyaziyyat olimpiadasında uğur qazanan şagirdlərə təhsillərində uğurlar arzulayıb.

Tədbirdə Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti və təşkilati işlər barədə məlumat verib.

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin XI sinif şagirdi, SASMO beynəlxalq riyaziyyat olimpiadasının qalibi Nicat Əlizadə şagirdlər üçün yaradılan müasir tədris şəraitinə görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra fənn olimpiadasının qaliblərinə medal və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, SASMO beynəlxalq riyaziyyat olimpiadasında 5 şagird qızıl, 14 şagird gümüş, 54 şagird isə bürünc medala layiq görülüb. Digər iştirakçılara isə sertifikatlar verilib.

Sonda xatirə şəkli çəkilib.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: