Naxçıvanda dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün müsabiqə elan olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatı üzrə vakant vəzifələrin tutulması üçün elan olunmuş müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 25-dək Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər test imtahanında iştirak üçün 90 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı və müsahibə keçiriləcəkdir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilər.

Vakant vəzifələrin siyahısı, vəzifə təlimatları və vakant vəzifələrin şərtləri barədə aşağıdakı keçid vasitəsilə ətraflı məlumat edə bilərsiniz.

 

https://dim.nmr.az/wp-content/uploads/2022/06/elan_dq.pdf

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: