Məktəbəqədər təhsil müəssisələrinə işə qəbulun ikinci mərhələsi keçirilib - FOTOLAR

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin  mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil, məktəbəqədər təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il  14 aprel tarixli qərarına uyğun olaraq  ilk dəfə keçirilən müsabiqəyə 33 tərbiyəçi-müəllim, 9 musiqi rəhbəri və 1 tibb bacısı olmaqla ümumilikdə 43 vakant vəzifə çıxarılıb.

Tərbiyəçi-müəllim vəzifəsi üzrə 31, musiqi rəhbəri vəzifəsi üzrə 24, tibb bacısı vəzifəsi üzrə 5 namizəd olmaqla 60 namizədin qeydiyyatdan keçdiyi müsabiqədə müvafiq olaraq tərbiyəçi-müəllim vəzifəsi üzrə 28, musiqi rəhbəri vəzifəsi üzrə 19, tibb bacısı vəzifəsi üzrə 3 namizəd uğur qazanıb.   Musiqi rəhbəri və tibb bacısı vəzifələri üzrə müsabiqənin ikinci - qabiliyyət və klinik tapşırıq mərhələsində müvafiq olaraq 16 və 2 namizəd iştirak edib.

Tibb bacısı vəzifəsi üzrə klinik tapşırıq mərhələsi 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçirilir. Musiqi rəhbəri vəzifəsi üzrə isə namizədlərin bu istiqamətdə bacarıqları yoxlanılacaq.

İmtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin internet portalından (dim.nmr.az) tanış olmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: