DİM ümumi orta təhsil bazasında kolleclərə qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

A- A A+

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərin təsviri sənət və idman ixtisaslarına qəbul olmaq üçün Bakıda yaradılmış komissiyalar üzrə qeydiyyatdan keçən abituriyentlər yaradıcılıq qabiliyyətinin yoxlanılması komissiyaları üzrə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Komissiyaların adı və kodları Mərkəzin saytında yerləşdirilib.

İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

- bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan verənlər sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 santimetr ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: