NDU kollektivi Xalça Muzeyində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyində olub.

Ekskursiya zamanı məlumat verilib ki, Naxçıvan Dövlət Xalça Muzeyi ölkəmizdə müstəqillik illərində yaradılan ilk muzeylərdəndir. 1998-ci ildən fəaliyyət göstərən muzey 2010-cu ildən yeni binada fəaliyyətini davam etdirir. Qeyd olunub ki, 359 eksponatla fəaliyyətə başlayan muzeyin eksponatlarının sayı hazırda 3 minə yaxındır. Muxtar respublikada xalçaçılıq sənətinin təbliği, yaşadılması və tədqiqində özünəməxsus rolu olan muzeyin daimi ekspozisiyasındakı çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba, mis və saxsı qablar və digər eksponatlar gələn qonaqlarda maraq doğurur. 400-ə yaxın eksponatın nümayiş olunduğu muzeyin ən dəyərli eksponatları sırasında ulu öndər Heydər Əliyevə həsr olunan xalça xüsusi maraq doğurur. Həmçinin ekspozisiya zalındakı 1800-cü illərə aid ən qədim xalça nümunəsi də ziyarətçilərin diqqətini cəlb edib. 

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: