“STEAM yay məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi”nə yekun vurulub.

Yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay Məktəbi” də bu istiqamətdə görülən işlərin davamıdır.

Qeyd edək ki, 50-yə yaxın məktəblinin iştirak etdiyi və 3 gün davam edən “STEAM yay məktəbi”ndə proqrama uyğun olaraq şagirdlərə Humonoid robot texnologiyası, MakeBlock mBot və Qdee starter təhsil robotlarının kodlaşdırılması üsulları, Mikro:bit blokları ilə layihələrin kodlaşdırılması öyrədilib, məktəblilər Mikro:bitlə əyləncəli və intellektual oyunların, layihələrin hazırlanmasında, eləcə də Arduino platforması ilə layihələrin kodlaşdırılması dərslərində iştirak ediblər.

Dərslər bitdikdən sonra şagirdlərin dünyagörüşünün formalaşması üçün əyləncəli intellektual oyunlar keçirilib, istirahət vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman oyunları təşkil olunub, sənədli filmlər nümayiş etdirilib.

Təlimi uğurla başa vuran şagirdlərə sertifikatlar verilib.

Sonra şagirdlərin hazırladıqları layihələrin təqdimatı keçirilib. Məktəblilər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər.

 

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: