II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında ümumilikdə 32 min 368 abituriyentin iştirakı nəzərdə tutulur

A- A A+

İyulun 6-da III ixtisas qrupu üzrə keçiriləcək imtahanda 16 min 626, iyulun 7-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda isə 15 min 742 nəfər olmaqla, ümumilikdə 32 min 368 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 137 imtahan binası, 2419 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 137 ümumi imtahan rəhbəri, 401 imtahan rəhbəri, 3030 nəzarətçi–müəllim, 571 buraxılış rejimi əməkdaşı, 137 bina nümayəndəsi cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: