Naxçıvanda musiqi müəllimləri üçün vakansiyalar elan olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyən şəxslər 5 avqust 2022-ci il tarixə qədər İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər 90 manat ödəniş məbləğini “Şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək mərkəzə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Onlar elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtləri nəzərə alınmalıdır.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə və ya (036) 545-65-71 nömrəli əlaqə telefonu yaxud [email protected]  elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://dim.nmr.az/wp-content/uploads/2022/07/musiqi_elan.pdf

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: