Tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi tələbələrinin istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar yekun konfrans keçirilib.

Konfransda universitetin rektoru Elbrus İsayev bildirib ki, tələbələr təcrübə müddətində muxtar respublikanın ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarından klinik baza kimi istifadə edir, peşəkar həkim kollektivi ilə işləmək imkanı qazanırlar. Səhiyyə müəssisələri ilə bu cür qarşılıqlı əlaqələr tələbələrin gələcək karyeraları baxımından da böyük əhəmiyyət kəsb edir. Rektor tələbələri təcrübə müddətinin başa çatması münasibətilə təbrik edib, onlara növbəti tədris ilində uğurlar arzulayıb.

Universitetin Tibb fakültəsinin dekanı Elsevər Əsədov istehsalat təcrübəsinin yeni standartlara və tədris planına uyğun həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, tədris planına uyğun olaraq “Müalicə işi”, “Tibbi profilaktika”, “Stomatologiya”, “Əczaçılıq” ixtisaslarında təhsil alan tələbələr müvafiq olaraq 2 və 4 həftə müddətində təcrübə dərslərində iştirak ediblər. Dekan tələbələrin yaxın günlərdə Türkiyə universitetlərinin klinik bazalarında təcrübədə olacağını da diqqətə çatdırıb.

Sonra istehsalat təcrübəsində iştirak edən yerli və xarici tələbələrin bu müddətdə əldə etdiyi biliklər, həmçinin həyata keçirdikləri səhiyyə prosedurları barədə videoçarxlar vasitəsilə hesabatları dinlənilib.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov təcrübələrin keçirilməsini yüksək qiymətləndirib və tələbələrə uğurlar arzu edib.

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: