Naxçıvanşünaslıq Mərkəzində açıq dərs keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Tibb Kollecinin tələbələri üçün “Faşizm üzərində qələbədə Naxçıvanın rolu” mövzusunda açıq dərs təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, açıq dərs zamanı bildirilib ki, İkinci Dünya müharibəsi illərində muxtar respublikadan 29 min 500 nəfərdən çox naxçıvanlı düşmənə qarşı rəşadətlə vuruşaraq misilsiz şücaət göstərib. Təkcə üç igid naxçıvanlı- Nəcəfqulu Rəfiyev, Qəzənfər Əkbərov və Abbas Quliyev “Sovet İttifaqı Qəhrəmanı” adı alıb.  Bu isə onu göstərir ki, qələbənin əldə edilməsində Naxçıvanın igid övladlarının da əməyi var.

İkinci Dünya müharibəsində əslən Naxçıvandan olan akademik Yusif Məmmədəliyevin də böyük xidmətləri olub. Belə ki, alim müharibə zamanı ilk dəfə partlayıcı maddələrin əsas komponenti olan toliol hasilatı prosesini müəyyənləşdirib, onu qısa müddətdə yüksək oktanlı aviasiya yanacağının sənaye prosesində tətbiq edib.

Sonda tələbələrə mərkəzin elektron məlumat köşkü, kitab fondu və elektron oxu zalı haqqında ətraflı məlumatlar verilib.

 

Tükəzban Cəfərova

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: