NDU-nun tələbələri bədii yaradıcılıq festivalının qalibi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalında qalib gəliblər. Qalib tələbələr mükafatlandırılıblar. 

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının, tələbə klublarının, komandalarının birgə fəaliyyətini yüksək qiymətləndirib, müsabiqədə fəallıq göstərən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Milli rəqs nominasiyası üzrə qalib komandaya Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı, hədiyyə və universitetin təşəkkürnaməsi təqdim edilib. Həmçinin Solo rəqs, Milli və dünya xalqlarının çalğı alətləri və Vokal nominasiyası üzrə II yerə layiq görülən tələbələr fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar. Universitetin Tələbə Teatr Studiyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovaya və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanova da universitetin təşəkkürnaməsi təqdim olunub.

Sonda tədbirin  qalibi olmuş Şərur yallısı nümayiş olunub.

Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə ümumilikdə respublika üzrə 28 ali təhsil müəssisəsi qatılıb. Festivalda özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri, solo ifaçılar iştirak edib. Bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: