NDU Tibb fakültəsinin müəllim və tələbələri Türkiyə universitetlərində təcrübə keçirlər - FOTOLAR
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Dövlət Universiteti ilə qardaş Türkiyə Respublikasının nüfuzlu universitetləri arasında bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllim və tələbələri Türkiyə universitetlərində yay istehsalat təcrübəsinə başlayıblar. Təcrübələrdə 18 müəllim, 5 rezident və 112 tələbə olmaqla, ümumilikdə 135 nəfər iştirak iştirak edir. Müalicə işi, Tibbi profilaktika və Stomatologiya ixtisası tələbələrinin üstünlük təşkil etdiyi təcrübədə onlar müəyyən olunmuş xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə, cərrahi əməliyyatlarda iştirak edirlər. Həmçinin müəllim və tələbələr üçün universitetlərin görkəmli professorları tərəfindən mühazirələr də təşkil olunur.
Ali təhsil ocağının müəllim və tələbələrindən ibarət heyət hər il təşkil edilən təcrübələrə müvafiq olaraq olaraq cari ildə Türkiyənin Qazi, Ankara, Kayseri Ərciyes, Ərzurum Atatürk və Trabzon Qaradəniz Texniki Universitetlərinin klinikalarında təcrübə keçəcəklər.