Batabat yaylağında etüd təşkil edilib - FOTOLAR
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının müəllim və tələbələri muxtar respublikanın dilbər guşəsi olan Batabat yaylağında etüddə olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaradıcılıq üçün əvəzolunmaz mərhələ hesab olunan etüdün əsas məqsədi tələbələrin təbiətlə yaradıcı təmas qurması, naturadan rəsm çəkmək və müxtəlif rəsm əsərləri üzərində işləmək vərdişlərinə yiyələnməsi, həmçinin rəssamlıq texnikasını təkmilləşdirməsidir.
Rəngkarlıq və Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin iştirak etdiyi etüddə yağlı boya, sulu boya, pastel, akril kimi müxtəlif texnikalarla Naxçıvan təbiətinin gözəllikləri kətan üzərinə köçürülüb.
Fəxriyyə Səyyadova