2022-2026-cı illər ərzində ali təhsilin əlçatanlığı və əhatəliliyi, o cümlədən dövlət sifarişi yerlərinin sayı artırılacaq. Dövrün sonundək ali təhsil müəssisələrinə qəbul olanların sayı hər il 75 min nəfərə çatdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.