Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 min 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 min 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiqlənib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu iyulun 26-da başa çatıb.
Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesi ilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, “E-Manat” ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki mislindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda, təhsil tələbə krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.