Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Xatırladaq ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.