“Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar” kitabı çapdan çıxıb

A- A A+

Kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, biologiya üzrə fəlsəfə doktorları Akif Bayramov, Arzu Məmmədov, Mahir Məhərrəmov və Tapdıq Məmmədovdur.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, yeni nəşrdə Naxçıvan Muxtar Respublikasında onurğalılar faunasına daxil olan balıqlar və suda-quruda yaşayanlar siniflərinə mənsub növlərin təkamül tarixi, yayılması, ekologiyası, müasir sistemik vəziyyəti və təsərrüfat əhəmiyyətinə dair son 15 ildə əsaslı aparılmış zooloji tədqiqat işlərinin nəticələri əks olunub.

Kitabda bu bölgənin müxtəlif tipli sututarlarında yayılmış bütün balıq, suda-quruda yaşayan növlərin ərazinin yüksəklik qurşaqları üzrə paylanması qanunauyğunluqları, say dinamikası, həyat fəaliyyətinin müxtəlif aspektləri və mühafizə tədbirləri haqqında məlumatlar da yer alıb.

Aparılan tədqiqatlar nəticəsində hazırda Naxçıvan faunasında 400 onurğalı heyvan növü müəyyən edilib. Aşkar olunan 32 balıq növündən 1-i və 7 suda-quruda yaşayan növdən 1-i nadir növ hesab edilir.

Nəşrdən zooloq, bioloq-ekoloq və balıqçılıq təsərrüfatının mütəxəssisləri, həmçinin universitetlərin biologiya fakültəsinin müəllim və tələbələri faydalana bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: