Mədəniyyət və vergi hüququ sahəsində qüvvədə olan normativ hüquqi aktların düzgün tətbiqinin təmin olunması və onların tətbiqi zamanı aşkar edilən boşluqların aradan qaldırılması, dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə sahə üzrə ixtisaslı hüquqşünasların hazırlanmasına tələbat yaranıb. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə “Hüquqşünaslıq” ixtisasının mövcud ixtisaslaşmaları siyahısına “Mədəniyyət hüququ” və “Vergi hüququ” ixtisaslaşması əlavə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.