Nazim Hikmətin 120 illik yubileyinə həsr olunan Respublika elmi konfransı təşkil ediləcək

A- A A+

Bu ilin noyabrında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XX əsr Türkiyə ədəbiyyatının tanınan nümayəndəsi, şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunan “Dünyadan keçən Nazim və Nazimdən keçən dünya” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfrans “Nazim Hikmət yaradıcılığı və incəsənət”, “Nazim Hikmət və Azərbaycan ədəbiyyatı”, “Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada”, “Nazim Hikmət şeiri və poetika məsələləri” bölmələri üzrə təşkil ediləcək.

Məqalələr oktyabrın 15-dək qəbul olunur. Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Təşkilat komitəsi ilə əlaqə:

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (+994 12) 4927286, E-mail: [email protected]

Məqalənin tərtib qaydaları və konfrans haqqında ətraflı məlumatla Ədəbiyyat Muzeyinin saytında tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: