Ümumi balı 200-dən az olmayan 3 min 484 abituriyent IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanıb

A- A A+

Qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 3 min 484 abituriyent IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, həmçinin ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 4 min 130 abituriyent IV ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək.

Bu il IV qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Bu barədə ətraflı məlumatla IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada və Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Xatırladaq ki, ali təhsil müəssisələrinin I-IV qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.

Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: