Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsində II qrup üzrə dövlət sifarişi əsasında 4 min 40 yer ayrılıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu, ötən illə müqayisədə 90 yer çoxdur. Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.