Növbəti tədris ili üçün dərsliklər muxtar respublikaya gətirilib - FOTOLAR

A- A A+

Muxtar respublikanın təhsil müəssisələri 2022-2023-cü tədris ilinə hazırlaşır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlər çərçivəsində şagirdlərin istifadəsində olacaq yeni dərsliklər muxtar respublikamıza gətirilib.

Hər biri mənəvi zənginlik, gələcəyin intellektli gənclərinin formalaşması üçün böyük bilik yükü daşıyan bu kitablar ilkin mərhələdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə məxsus anbarlara toplanılır.

Qeyd edək ki, bu ildən ilk dəfə istifadə olunacaq maddi vəsaitlər, təkmilləşdirilərək yenidən nəşr olunan dərs vəsaitləri və bədii ədəbiyyat nümunələri nəfis tərtibatlarla müxtəlif nəşriyyatlar tərəfindən hazırlanıb.

Həmçinin tədris ili ərzində sifariş əsasında yeni kitabların gətirilməsi də nəzərdə tutulub. 

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: