“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcək

A- A A+

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzləri” həftəsonu – avqustun 20-21-də də fəaliyyət göstərəcək.

“Abituriyent Məsləhət Mərkəzləri” qeyd olunan günlərdə saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya və Bakı Biznes universitetlərində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərəcəklər.

Bundan əlavə, Memarlıq və İnşaat Universitetində yerləşən Məsləhət Mərkəzi avqustun 20-si saat 10:00-dan 17:00-dək, Odlar Yurdu Universitetində yerləşən Məsləhət Mərkəzi isə avqustun 20-si saat 10:00-dan 14:00-dək fəaliyyətlərini davam etdirəcək.

DİM bölgələrdə olan abituriyentlərin bir daha nəzərinə çatdırır ki, 50-yə yaxın rayon təhsil sektorunda və müxtəlif məktəblərdə də cədvəldə verilmiş yer və tarixlərə uyğun DİM-in əməkdaşları və RTS-nin əlaqələndiriciləri abituriyentlərə kömək göstərirlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan başlanıb və 28-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: