Naxçıvan Dövlət Universiteti hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edir

A- A A+

Naxçıvan Dövlət Universiteti hərbi tibb ixtisası üzrə əlavə sənəd qəbulu elan edir.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət imtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırkı sənəd qəbulunda aşağıdakı kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:

1. IV ixtisas qrupu üzrə cari qəbul imtahanlarında (buraxılış+blok) iştirak edib 300 və daha çox bal toplamış, mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşdan 23 yaşadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər;

2. Azərbaycan Tibb Universitetinin hərbi tibb ixtisasına sənəd vermiş və həkim komissiyasından keçmiş, qəbul imtahanlarında (buraxılış+blok) 300-dən yuxarı bal toplamış abituriyentlər.

Müsabiqədə iştirak etmək üçün abituriyentlər Naxçıvan Dövlət Universitetində hərbi tibb ixtisasına qəbul üçün yaradılmış komissiyaya avqustun 19-dan 24-dək ərizə ilə müraciət edə bilərlər. Abituriyentlər ərizə formasını yazdıqdan və şəxsən imzaladıqdan sonra, notarial qaydada təsdiq olunmuş formasını PDF variantda [email protected] ünvanına göndərməlidirlər:

Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti, Əsas bina

Naxçıvan Dövlət Universitetində “Hərbi tibb” ixtisasına qəbul üçün yaradılmış komissiyanın əlaqə nömrələri: (00994) 503004280, (00994) 602088800

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: