2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə plan yerləri təqdim edilib. V qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat V qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, V ixtisas qrupuna aid olan dizayn ixtisasına qəbul iki yolla həyata keçirilir. Belə ki, qabiliyyət imtahanının nəticəsi tələb olunmayan dizayn ixtisasına Azərbaycan bölməsi üzrə 165, rus bölməsi üzrə 20, hər iki bölmənin birgə müsabiqəsi üzrə 175 plan yeri olmaqla 360 plan yeri ayrılıb.