Naxçıvan Dövlət Texniki Kollecində yeni ixtisaslar açılıb

A- A A+

2016-cı ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublika iqtisadiyyatının müxtəlif sahələri üçün orta ixtisaslı, subbakalavr dərəcəli kadrlar hazırlanır. Əmək bazarının tələbatına uyğun olaraq 2021-2022-ci ilin qəbul planında dəyişiklik edilib və daha 3 yeni ixtisas plana daxil edilib. 2022-2023-cü tədris ilində kollecə qəbul üçün ixtisasların sayı artaraq 14-ə yüksəlib.

Hazırda kollecə tələbələrin qeydiyyat prosesi davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada turizmin inkişafı nəticəsində yaranan kadr ehtiyacı səbəbilə qarşıdakı tədris ilindən “Turizm işinin təşkili” ixtisası üzrə də mütəxəssis hazırlığı aparılacaqdır. Buna uyğun olaraq kollecə tələbə qəbulu üçün plan yeri 183-dən 200-ə yüksəldilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq kollecdə fəaliyyət göstərən ixtisaslar müvafiq təşkilatlara hamiliyə verilib. Tələbələrin nəzəri biliklərinin praktiki biliklərə çevrilməsi, bacarıq və vərdişlərinin möhkəmlənməsi və inkişafı baxımından hamilik tədbirləri, eləcə də kollecin laboratoriyaları, fənn kabinələri və informasiya kommunikasiya texnologiyalarının tətbiqi böyük rol oynayır. Yeni açılan ixtisaslar üzrə təhsil alacaq tələbələr də müvafiq təşkilatlara hamiliyə veriləcək, praktik təcrübələr əsasında ixtisaslı kadr kimi formalaşacaqlar.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: