Musiqi təhsili müəssisələrinə növbəti işə qəbul imtahanları keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, müsabiqəyə çıxarılmış 70 vakant vəzifənin tutulması üçün 91 namizəd qeydiyyatdan keçib.

Ən çox vakant vəzifənin (26) Şərur rayon Mədəniyyət İdarəsi üzrə çıxarıldığı imtahanda daha sıx müsabiqə vəziyyəti konsertmeyster-fortepiano (27), kamança (13) və tar (13) ixtisasları üzrə olub.

 İmtahan üçün ayrılmış 75 dəqiqə vaxt çərçivəsində hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə buraxılır. İmtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir.

Test imtahanının nəticələrinə görə imtahanda iştirak edən 90 namizəddən 54-ü keçid balını toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: