Mətbuat xidmətinin əməkdaşı olmaq istəyənlər üçün təkrar test imtahanı keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində təkrar attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilib. Test imtahanında bu il iyunun 7-də keçirilən müsabiqədə keçid balını (50 bal) toplaya bilməyən, habelə sosial məzuniyyətdən qayıdan 6 dövlət qulluqçusu iştirak edib. Namizədlərdən 5-i müvafiq keçid balını toplayıb.

Test imtahanında iştirakçılara qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla 100 sual təqdim edilib. Qanunvericilik üzrə suallar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununlarını, dünyagörüşü üzrə suallar isə Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı, tarixi və coğrafiyası haqqında ümumi bilikləri əhatə edib.

Test imtahanında uğur qazanan şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıblar. İkinci mərhələdə esse yazılmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcəkdir. İmtahan başlanmazdan əvvəl iştirakçılara slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İştirakçılar onlara verilən sualları 2 saat 30 dəqiqə vaxtda cavablandırıblar. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilib.

Test imtahanının nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: