Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 9-cu və 10-cu nömrələrini nəşr edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 9-cu nömrədə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

10-cu nömrədə isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalları “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Nəşrlərin elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: