“Naxçıvan” Universiteti ilə İqdır Universiteti arasında ikili diplom proqramı çərçivəsində müqavilə imzalanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universiteti ilə Türkiyənin İqdır Universiteti arasında “Erasmus+” proqramı və akademik əməkdaşlığı əhatə edən ikili diplom proqramı layihəsi çərçivəsində müqavilə imzalanıb.

 “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə İqdır Universitetində olub.

İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Rektor ölkələrimiz arasındakı təhsil sahəsində geniş əlaqələrə diqqət çəkərək İqdır Universitetinin də bu sahədə əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlı olduğunu bildirib.  Mehmet Hakkı Alma bu kontekstdə “Naxçıvan” Universiteti ilə imzalanacaq əməkdaşlıq müqaviləsinin önəmini vurğulayıb və qarşılıqlı əməkdaşlıq çərçivəsində mühüm layihələrin həyata keçiriləcəyinə inamını ifadə edib.

Sonra ikili diplom proqramı layihəsi çərçivəsində tərəflər arasında müqavilə imzalanıb.

“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva sözügedən müqavilənin əhatə etdiyi istiqamətləri və əhəmiyyətini qeyd edib. Rektor əməkdaşlıq müqaviləsi sayəsində gələcəkdə İqdır Universiteti ilə tələbə, akademik kadr mübadiləsi, elmi araşdırmalar kimi bir çox sahədə birgə layihələrin həyata keçiriləcəyini bildirib.

Sonra xatirə şəkli çəkdirilib, qarşılıqlı hədiyyələr təqdim olunub.

Səfər çərçivəsində “Naxçıvan” Universitetinin heyəti Duzluca vilayətindəki duz mağaralarını və Duz Müalicə Mərkəzini ziyarət edib.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: