Naxçıvanda şagirdlər dərslik, müəllimlər metodik vəsaitlərlə təmin olunur

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində 2022-2023-cü tədris ilinə hazırlıq işləri davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbirlər çərçivəsində məktəblilər dərslik, müəllimlərin isə metodik vəsaitlərlə təmin edilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 2022-2023-cü tədris ili üçün dərslik və dərs vəsaitlərinə olan tələbat müəyyənləşdirilib və avqust ayında Bakı şəhərindən 157 min 631 dərslik muxtar respublikaya gətirilib.

Qeyd edək ki, bu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarının, həmçinin I, III, VIII və X sinifləri üçün nəzərdə tutulan dərsliklər tamamilə yenilənib, digər siniflərdə isə dərsliklərə olan tələbata uyğun sifarişlər verilib. Bu gündən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb. Bu da tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl qeydiyyata alınaraq fonda daxil edilib.

Müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları üçün seminarlar keçirilib, sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: