“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini nəşr edib.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Abituriyent” jurnalının bu xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: