Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət  komissiya yaradılıb. Verilən tapşırıqların yerinə yetirilməsi üçün müəllimə verilən 30 dəqiqə vaxt çərçivəsində onun praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılıb.

Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində komissiya müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.

Qeyd edək ki, müsabiqənin test mərhələsində 70 vakant vəzifənin tutulması üçün 90 namizəd iştirak edib, onlardan 54-ü müvafiq keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 43 namizəddən 39-u uğur qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: