Təhsil tələbə krediti almaq üçün müraciət edənlərin sayı açıqlanıb

A- A A+

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 4214 nəfər TTK almaq üçün müraciət edib.

Onlardan 1060 nəfərin müraciəti natamam olub. 661 nəfərin müraciəti emal mərhələsindədir. Həmçinin 351 nəfərin müraciətinə imtina cavabı verilib, 381 nəfərin müraciəti isə banka yönləndirlib.

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 1761 nəfərə TTK verilib. Onlar arasından 592 nəfərin müraciəti sosial TTK, 1169 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: