Bu gün “EaPConnect” layihəsi çərçivəsində müzakirələr aparılacaq

A- A A+

Sentyabrın 28-də “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) işə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Konfransda elektron təhsilin inkişafı, “açıq elm” platforması, elmi buludlar, elm vət əhsilin kibertəhlükəsizliyi, elm və təhsil sahəsində toplanan informasiya resurslarından səmərəli istifadə və digər mövzularda müzakirə aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: