NDU-da magistrantlarla görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində I kurs magistrantlarla görüş keçirilib.

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin tanıtım videosu nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, bu il magistraturaya 250 yerə qarşı 204 magistrant qəbul olunub. Hazırda magistraturada 80 ixtisas üzrə kadr hazırlığı həyata keçirildiyini vurğulayan rektor Naxçıvan Dövlət Universitetinin ölkədə bu sahə üzrə ilk sırada olduğunu diqqətə çatdırıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunlarının muxtar respublikanın bir çox sahələrinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Elbrus İsayev yeni tədris ili münasibətilə magistrantları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.

Magistratura mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov ötən ilin təhsil uğurlarından, ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlərdən bəhs edib.

2022-ci ildə muxtar respublikada magistatura üzrə ən yüksək nəticəni toplayan Azərbaycan dili ixtisaslaşması üzrə I kurs magistrant Səkinə Məmmədzadə tələbələrə göstərilən qayğıya görə minnətdarlıq edib.

Sonda magistrantların sualları cavablandırılıb.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: