Oktyabrın 3-dən “Nobel həftəsi” başlayır

A- A A+

Oktyabrın 3-dən “Nobel həftəsi” başlayır.

NUHÇIXAN İnformasiya Agentliyi “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 3-də fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.

Oktyabrın 4-də fizika, 5-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 6-da bəlli olacaq. Oktyabrın 7-də sülh və nəhayət, oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: