Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Nobel komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, İsveç alimi Svante Pyebo 2022-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb. Alim bu mükafata insan təkamülünün genetik əsaslarını araşdırmasına görə layiq görülüb.