Tibb işçilərinin işə qəbulu üzrə müsabiqənin klinik tapşırıq mərhələsi keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqənin klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçirilib. Hər bir suala verilən cavab mütəxəssis tərəfindən 5 ballıq sistem əsasında qiymətləndirilib və sonra bütün suallar üzrə verilən ballar toplanılıb. 25 mümkün baldan 16 və ya daha çox bal toplamış şəxslər bu mərhələdən keçmiş hesab olunublar.

 9-12 sentyabr tarixlərində keçirilən imtahanın test mərhələsində qeydiyyatdan keçmiş 248 namizəddən 60-ı keçid balını toplayıb. Müsabiqənin klinik tapşırıq mərhələsində iştirak edən 58 namizədin 20-si həkim vəzifəsi üzrə, 29-u isə orta tibb işçisi vəzifəsi üzrə uğur qazanıb.

Qeyd edək ki, imtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılır. Ən yüksək nəticəni göstərən namizəd vakant vəzifəyə təyin olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: