Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Bu münasibətlə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecində tədbirlər keçirilib.

Tədbirlərdə ali təhsil müəssisələrinin rektorları və digər çıxış edənlər müəllimin cəmiyyətdəki misilsiz rolundan danışıb, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinə təbriklərini çatdırıblar.

Qeyd edilib ki, ümummilli liderimiz Heydər Əliyevin adına hər zaman yüksək dəyər verdiyi müəllimlər dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Ulu öndərimizin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində müəllimlərin sosial rifahı davamlı yüksəlir.

Vurğulanıb ki, muxtar respublikada da müəllim əməyinə daim yüksək qiymət verilir, pedaqoji kollektivlər üçün müasir və nümunəvi iş şəraiti yaradılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Bu imkanlardan yararlanan müəllimlər Vətənimizin gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, xalqımıza layiq vətəndaşlar yetişdirirlər.

Diqqətə çatdırılıb ki, diyarımızda müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada tələbələrin pedaqoji profilli ixtisaslara marağı böyükdür. Ötən tədris ilində 500-dən yuxarı bal toplayan 254 məzundan 45-i, ümumilikdə isə 527-si müəllimlik ixtisasını seçib.

Tədbirlərdə iştirak edən tələbələr müxtəlif ədəbi-bədii kompozisiya və bədii qiraətlərlə müəllimlərə təbriklərini çatdırıblar.

Sonda mükafatlar təqdim edilib.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: