Mədəniyyət müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin müsahibə mərhələsində namizədlərin praktik hazırlığı və peşəkarlıq qabiliyyəti yoxlanılıb.
Nazirlikdən 1, DİM-dən 1, mədəniyyət sahəsi üzrə mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, ümumilikdə 5 üzvdən təşkil edilən müsahibə komissiyası namizədlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçib və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Mədəniyyət Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, müsabiqənin test mərhələsində qeydiyyatdan keçən 141 namizədin 131-i imtahanda iştirak edib. 63 namizəd keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 61 namizəddən 49-u uğur qazanıb.