Əcnəbi tələbələr maarifləndirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmətin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin hüquqi vəziyyəti”nə dair  maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov Naxçıvan Muxtar Respublikasında müasir təhsil sisteminin formalaşdırılması və inkişafı, eyni zamanda təhlükəsizliyin mütləq sürətdə təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən sistemli tədbirlərdən danışıb, əcnəbi tələbələrin muxtar respublikamızda təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkət etmələri, hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmalarının da diqqətdə saxlanıldığını bildiriblər.

Ölkə ərazisində müvəqqəti olma və yaşama prosedurundan danışan Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı nəzərdə tutulan mühüm məqamlara toxunub, slayd vasitəsilə tələbələri məlumatlandırıb.

Universitetin Tibb fakültəsinin hazırlıq kurs tələbələri Hasan Tatlısu və Məhsa Aşiqi muxtar respublikada təhlükəsiz, rahat və müasir tədris şəraitində təhsil aldıqlarını diqqətə çatdırıb, sənədləşmə prosedurları və miqrasiya sahəsində yarana biləcək istənilən çətinlik qarşısında göstərilən köməyə görə əcnəbi tələbələr adından minnətdarlıq ediblər.

Sonra NDU-da təhsil alan bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər onlara paylanılıb, müvafiq müraciətlər qəbul olunub.

Sonra əcnəbi tələbələr Naxçıvan Dövlət Tarix Muzeyində də olublar. Xalqımızın qədim və zəngin tarixini, eləcə də mədəniyyəti və etnoqrafiyasını özündə ehtiva edən muzeylə tanışlıq onlarda xoş təəssüratlar yaradıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: