NDU-da Hüseyn Cavidin anadan olmasının 140 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru Fariz Əhmədov Hüseyn Cavidin keçdiyi əzablı yol, yaradıcılığı dövründə qarşılaşdığı çətinliklər barədə danışıb.

Şairin yazdığı “Azər” poemasının avtobioqrafiq səciyyə daşıdığını deyən  AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Hüseyn Cavidin Azərbaycan romantizminin inkişafındakı əvəzsiz rolundan, əsərlərindəki obrazların xalqımıza aşıladığı mübarizlik ruhundan və I dünya müharibəsi dövründə yazdığı əsərlərindən söz açıb.

“Qeyrət” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Həşimli Hüseyn Cavidin klassik düşüncəsinin inkişafında Sidqi məktəbinin rolundan söz açıb, dramaturqun Azərbaycan dramaturgiyasına bəxş etdiyi əsərlərindən danışıb. Şairin yaradıcılığının M.S.Ordubadi yaradıcılığı ilə bənzər nüansları barədə də tədbir iştirakçılarına məlumat verən Əli Həşimli Cavid irsinin  öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

Sonda Hüseyn Cavidin “Azər” poemasından bəzi parçalar səsləndirilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: