Naxçıvan Dövlət Universiteti Moskvada keçirilən “Xaricdə təhsil” sərgisində təmsil olunub

A- A A+

Moskva şəhərində keçirilən “Xaricdə təhsil” sərgisində universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Azər Məhərrəmovla “Itec travel and education”, “Beringoff”, “EF”, “Insayt”, “Swissam”, “Ilac” kimi beynəlxalq şirkətlərin nümayəndələri, Moskva Dövlət Universiteti və Puşkin adına Dövlət Rus Dili İnstitutunun əməkdaşları arasında görüşlər keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşlərin başlıca məqsədi Rusiya universitetlərinin təhsil sistemi ilə tanışlıq, universitetlərarası əməkdaşlıq və mübadilə məsələləri olub.

“Itec travel and education” şirkətinin Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Lanita Klimskaya ilə Naxçıvan Dövlət Universitetinə əcnəbi tələbələrin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunması və digər istiqamətləri əhatə edir. Təsadüfi deyil ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti ölkədəki ali təhsil müəssisələri arasında birinci yeri tutur.

“Beringoff International Academy of Law” şirkətinin İnnovasiya departamentinin müdiri Şaqarov Stanislavla görüş zamanı birgə elmi konfransların və seminarların təşkili, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, o cümlədən beynəlxalq platformada keçirilən hüquqşünaslar üçün təlimlərdə və konfranslarda yerli tələbələrin iştirakı barədə söhbət aparılıb.

Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Kopılov Yuriy Viktoroviç müzakirə zamanı Naxçıvan Dövlət Universitetində Rus Dili Mərkəzinin yaradılması ilə bağlı səslənən fikirləri müsbət qarşılayıb. Qeyd olunub ki, müasir dünyanın tələblərinə uyğun olaraq müvafiq qurumlar arasında təhsilin qiymətləndirilməsi və birgə elmi-tədqiqat işlərinin aparılması üçün bu əməkdaşlıq böyük perspektivlər yaradacaq.

Elnarə İslamlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: