Naxçıvanda bu gün X siniflər üçün sınaq imtahanı keçirilib

A- A A+

Bu gün Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramları (kurikulumlar) əsasında 10-cu sinif şagirdləri üçün sınaq imtahanı keçirib.

NUHÇIXAN xəbər verir ki, bu sınaq imtahanı 2019 -cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq aparılıb. Şagirdlərə hər fənn üzrə 22-si qapalı, 8-i isə açıq olmaqla  30 test tapşırığı təqdim olunub. 4 blokda keçirilən sınaq imtahanı hər blokda 3 imtahan fənni üzrə təqdim edilib.

İmtahanda iştirak etmək üçün 425 şagird qeydiyyatdan keçib.

İmtahan Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə aparılıb.

İmtahan müddəti 3 saat olub.

İmtahanların idarə edilməsi üçün 3 imtahan rəhbəri, 22 nəzarətçi-müəllim ayrılıb.

 

Əbülfəz Dünyamalıyev

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: