Gələcəyin hüquqşünasları müvafiq qurumların iş prosesini öyrənirlər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi, Nikah Evi və Notariat Ofisində qurumların fəaliyyəti və iş prinsipi ilə tanış olublar.

Tələbələr İcra və Probasiya Şöbəsində icra prosesində iştirak edib, icra işlərinin qeydiyyatının aparılması, həyata keçirilən məcburi icra tədbirləri və elektron-icra sisteminin xüsusiyyətləri, məhkəmə qərarlarının həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada aparılması barədə geniş məlumat əldə ediblər.

Notariat Ofisində isə tələbələr notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları ilə praktiki olaraq tanış olublar. Bu proseslər zamanı dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib.

Naxçıvan Şəhər Nikah Evində olan tələbələrə nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə iş və bu sahədə kargüzarlığın aparılması qaydaları, eləcə də vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə ətraflı məlumatlar verilib. Tələbələr nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosesində iştirak ediblər.

Hamilik tədbirləri çərçivəsində tələbələrin icra və istehsalat proseslərində əyani iştirakı onların gələcəkdə ixtisaslı kadr kimi yetişməsində müstəsna rol oynayır.

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: